Muslim Assistant azərbaycan keyboard_arrow_down

99 ad

1 - Allah
2 - Er Rəhman Dünyada hamiya rəhmət edən, acıyan.
3 - Er Rəhim Axirətdə mömünlərə rəhmət edən.
4 - El Məlik Mülkü davamlı olan.
5 - El Quddus Hər eyb və qüsurlardan uzaq.
6 - Es Səlam Səlamətlik verən.
7 - El Mumin Əmin-amanlıq verən.
8 - El Muheymin Həmişəlik hamıya himayəlik edən.
9 - El Əziz Məğlubiyyət bilməyən güclü və tək qalib.
10 - El Cəbbar Hər yerə hökm edən.
11 - El Mutəkəbbir Yaratdıqlarının ən gözəl vəsflərindən uca.
12 - El Xalik Yoxdan var edən.
13 - El BÂRİ' İcad edən, var edən
14 - El Musavvir Bütün varlıqlara surət verən.
15 - El Qaffar Günahları bağışlayan
16 - El Qahhar Ən güclü, qalib və hakimdir.
17 - El Vəhhab Əvəzsiz bağışlayan
18 - Er Rəzzaq Ruzi verən.
19 - El Fəttah Rəhmət və ruzi qapılarını acan.
20 - El Alim Hər şeyi yaxşı bilən.
21 - El Qabid Canları alan, sıxan, daraldan.
22 - El Basit Həyat verən, ruzi yağdıran, acan, genişləndirən.
23 - El Hafid Alcaldan, yuxarıdan aşağı endirən.
24 - Er Rafi Yüksəldən, yuxarıya qaldıran.
25 - El Muizz Güclü, qalib, şərəfləndirən.
26 - El Muzill Zəlil edən, alcaldan.
27 - Es Səmi Hər şeyi yaxşı eşidən.
28 - El Basir Hər şeyi cox yaxşı görən.
29 - El Hakim Hökmü rəd edilməyən, haqqı yerinə gətirən.
30 - El Ədl Ədalətsizliyə yol verməyən, adil.
31 - El Lətif İşlərin incəliklərini bilən.
32 - El Xabir Hər şeydən xəbərdar.
33 - El Həlim Helm sahibi, günahkarları cəzalandırmağa səbr edən.
34 - El Azim Ağlı yüksək dərəcədə olan.
35 - El Qafur Cox bağışlayan.
36 - Eş Şəkur Yaxşı mükafatlandıran.
37 - El Əliyy Cox uca, lap yüksək.
38 - El Kəbir Cox ulu, böyük.
39 - El Hafiz Qoruyan, mühafizə edən.
40 - El Mukit Geyindirən, bar və ruzi verən.
41 - El Hasib Hamının ehtiyacının qədərini bilən.
42 - El Cəlil Yüksək, böyük, ulu.
43 - El Kərim Cox comərd, kəraməti bol olan.
44 - Er Raqib Bütün varlıqlara göz qoyan.
45 - El Mücib Duaları qəbul edən.
46 - El Vəsi Neməti bol olan.
47 - El Hakim Hikmət sahibi, hər işin öz yerini bilən.
48 - El Vədud Sevən və ən sevimliyə layiq olan.
49 - El Məcid Yüksək şan-şöhrət sahibi.
50 - El Bais Peyğəmbərlər göndərən, ölümdən sonra dirildən.
51 - Eş Şahid Gözündən hec bir şey qacmayan, hər yerdə hazır və nazir olan .
52 - El Haqq Var olan, varlığı dəyişməyən.
53 - El Vəkil Hamının işlərini görən, mənfəətli edən.
54 - El Qaviyy Cox güclü, zəifliyə uğramayan.
55 - El Mətin Cox sağlam, zəifliyə uğramayan.
56 - El Vəliyy Yaxşı dostlarına yardımcı.
57 - El Hamid Hər yerdə bəyənilən.
58 - El Muhsi Hər şeyi qavrayan, yaratdığı hər şeyin sayın bilən .
59 - El Mubdi Hər şeyi hec bir maddəsiz yaradan.
60 - El Muid Öldürən və ölümdən sonra təkrar həyata qaytaran.
61 - El Muhyi Həyat verən, can bağışlayan.
62 - El Mumit Öldürən, can alan.
63 - El Hayy daima diri olan.
64 - El Qayyum Hər şeyi, yeri-göyü yaradan.
65 - El Vacid Həmişə zəngin, niyyətinə catan.
66 - El Macid Şan-şərəf sahibi.
67 - El Vahid Zatında, sifətində, işlərində tək olan.
68 - Es Saməd Əhtiyacsız.
69 - El Qadir Qüdrətli, istədiyinə gücü çatan.
70 - El Muktədir İqtidarlı, hər şeyə qüdrəti çatan.
71 - El Mukaddim Qabaqcıl, istədiyini yeridən.
72 - El Muahhir İstədiyini geri alan.
73 - El Əvvəl Başlanğıcı olmayan.
74 - El Axir Nəhayəti olmayan son.
75 - Ez Zahir Varlığı günəş kimi açıq.
76 - El Batin Gizli olan: insanlar onu tam biulməməlidir.
77 - El Vali Təkbaşına idarə edən.
78 - El Mütəali Uca, yüksək.
79 - El Bərr Yaxşılıq və xeyir verən.
80 - Et Təvvab Tövbələri qəbul edən, bağışlayan.
81 - El Müntəqim Günahlıları ədalətlə cəzalandıran.
82 - El Əfuvv Əfvi, bağışlanması bol olan.
83 - Er Rauf Mərhəməti, şəfqət i bol olan.
84 - Malikül-Mülk Mülkün yüganə və davamlı sahibi.
85 - Zül-Cəlali vəl İkram Ululuq və kərəm sahibi.
86 - El Muksit Ədalətli, işlərində çaşmayan.
87 - El Cəmi Toplayan, birləşdirən.
88 - El Qaniyy Zəngin.
89 - El Muqni Zənginlik verən.
90 - El Mani Bir şeyin olmasını istəməyəndə mane olan.
91 - Ed Darr Zərərə uğrayan.
92 - En Nafi Mənfəət verən, yararlı şeylər yaradan.
93 - En Nur Işıq verən, nur yağdıran.
94 - El Hadi Yol göstərən, yol açan.
95 - El Bədi Nümunəsi olmayan, heyrətverici şeylər yaradan.
96 - El Baqi Davamlı olan, fani olmayan, sonsuz.
97 - El Varis Davam edən, sərvətlərin sahibi.
98 - Er Rəşid Mənfəət yollarını göstərən, doğru yolda olan.
99 - Es Səbr Çox səbirli olan